FTB rəhbəri: “İŞİD-in terror təhdidi davam edəcək”
Bizi izləyin

Dünya

FTB rəhbəri: “İŞİD-in terror təhdidi davam edəcək”

“İŞİD terror təşkilatı İraq və Suriyada məğlubiyyətə uğrasa da, dünyada, xüsusilə də Qərb ölkələrində terror təhdidi davam edəcək”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) direktoru James Comey bildirib.

FBİ rəhbəri deyib ki, xəlifəliyin məhv edilməsinin təsiri altında terror təhdidi hələ daha 5 il davam edəcək: “Vaxt gələcək ki, İŞİD-in həbs edilən qatilləri nə zamansa həbsxanadan çıxacaqlar və daha sonra onlar Qərb ölkələrinə, o cümlədən Parisə və Brüsselə gedərək yenə də dəhşətli terror aktları törədəcək. ABŞ da oxşar terror hücumlarına məruz qala bilər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm