Piyada qoşunu Suriyaya girir – BÖYÜK MÜHARİBƏ
Bizi izləyin

Dünya

Piyada qoşunu Suriyaya girir – BÖYÜK MÜHARİBƏ

Türkiyə Silahlı Qüvvələri Suriyada strateji mövqeyə malik olan Əl-Bab şəhərini İŞİD terror təşkilatından azad etmək üçün müxtəlif planlar üzərində dayanır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu planlardan biri də Türkiyə Quru Qüvvələrinə bağlı piyada bölüklərinin Suriyaya girməsidir.

Masada olan digər planlar isə xüsusi təyinatlılar, tank qoşunları və aviasiyanın əməliyyatda iştirakı ilə bağlıdır.

Xatırladaq ki, BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hava limanında Əl-Bab əməliyyatında piyada qoşunların iştirak edə biləcəyinə dair planların olduğunu bildirib.

Türkiyəli bir səlahiyyətli də Əl-Bab əməliyyatında piyada qoşunlarının iştirakının vacib olduğunu vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm