Ərdoğan Amerika filmində - VİDEO
Bizi izləyin

Dünya

Ərdoğan Amerika filmində - VİDEO

Dünyaca məşhur olan amerikalı aktyor Bredli Kuperin baş rolda oynadığı və “Hollywood” istehsalı olan “War Dogs” bədii filmində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüntüləri də yer alıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, dünyadakı silah ticarətindən bəhs edən filmə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın keçmiş baş qərargah rəisi Necdet Özel ilə birlikdə Müdafiə Sənayesi Sərgisində əlində silahlarla çəkilən görüntüsü də salınıb.

Filmdə prezident Ərdoğan silahlara maraq göstərən şəxs kimi təqdim olunub.

Qeyd edək ki, sentyabrın 30-da Türkiyədə sözügedən filmin premyerası təşkil olunacaq.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm