Boko Haram lideri sağdır
Bizi izləyin

Dünya

Boko Haram lideri sağdır

Nigeriyada ötən ay hücumlar nəticəsində öldüyü deyilən islamçı Boko Haram qrupunun liderinin sağ olduğunu sübut edən videomüraciət yayılıb.

Publika.az BBC-yə istinadən xəbər verir ki, Videoda ərəb, hausa və kanuri dillərində danışan Abubakar Şekau sağlam görünür. Amma videonun nə zaman çəkildiyi məlum deyil.

Sentyabrın əvvəlində Boko Haramın əqd bağladığı özünü İslam Dövləti adlandıran qrup bəyan edib ki, Şekau lider kimi əvəz edilib. İD bildirib ki, o az tanınmış Abu Musab Albarnavi ilə əvəz edilib, lakin Şekau hələ də lider olduğunu iddia edib.

"Ah tiranlar, mən xoşbəxt ölkədəyəm, sağlam və təhlükəsizlikdəyəm", 40 dəqiqəlik Youtube videosunda deyilir.

Avqust ayında Nigeriya ordusu onun ciynindən ciddi yara aldığını deyib, bəzi komandirlər isə onun öldürüldüyünü bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm