Qaçırılan məktəbli qızlardan 10-u xilas oldu - FOTO
Bizi izləyin

Dünya

Qaçırılan məktəbli qızlardan 10-u xilas oldu - FOTO

Qaçırılan məktəbli qızlardan 10-u xilas oldu

Aprelin 15-də bir qrup silahlı şəxs Nigeriyanın şimal-şərqində Şibok şəhərindəki orta məktəbə hücum edərək 129 məktəbli qızı oğurlayıblar.

ANS PRESS-in xəbərinə görə, Nigeriyanın şimalındakı Borno əyalətində "Boko Haram" qruplaşmasının üzvləri tərəfindən qaçırılan 129 məktəbli qızdan 10-nun qaçaraq xilas olduğu bildirilib.

Borno valisi Kaşim Şettima xilas olan həmin 10 qızın "Boko Haram" üzvlərinə yemək hazırladıqları zaman qaçdıqlarını dilə gətirib.

Nigeriya ordusu mətbuat katibi Kris Olukolade isə yerli mətbuat tərəfindən 200 olaraq elan edilən qaçırılan qız sayının, əslində 129 olduğunu vurğulayıb.

Ordunun qruplaşma üzvlərinin izində olduğunu söyləyən Olukolade, onları ələ keçirmək üçün hava əməliyyatı daxil olmaqla, bir çox variantları dəyərləndirdiklərini qeyd edib.

Xatırladaq ki, srağagün Nigeriyanın paytaxtı Abucanın avtovağzalında baş verən terror partlayışında 71 nəfər həlak olub, 124 nəfər yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm