Saakaşvili istefa verdi - - VİDEO
Bizi izləyin

Dünya

Saakaşvili istefa verdi - - VİDEO

Mixail Saakaşvili Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili vəzifəsindən istefa vermək barədə qərar qəbul edib.

Mixail Saakaşvili bildirib ki, Ukrayna prezidenti Pyotr Poroşenko regionda korrupsiya klanlarını şəxsən dəstəkləyir.

Onun sözlərinə görə, bunlar Odessa meri Gennadi Truxanov və Odessa vilayət şurasının sədri Anatoli Urbanskiyin klanlarıdır.

“Mübarizə davam edir”, – Saakaşvili deyib.

***

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili vəzifəsindən istefa vermək barədə qərar qəbul edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Saakaşvili bu haqda Odessa keçirdiyi mətbuat konfransında deyib.

Korrupsiyada Ukrayna hakimiyyətini ittiham edən Saakaşvili bildirib ki, istefa qərarını hakimiyyətin korrupsiya ilə mübarizə aparmaq istəməməsi ilə əlaqədar qəbul edib.

“Yaranmış vəziyyətdə istefaya getməyə və mübarizənin yeni mərhələsinə başlamağa qərar verdim”, - o, deyib.

O, qeyd edib ki, məmurların gəlirləri haqqında elektron bəyannamələrin elanı onun səbrini daşıran “son damcı” olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm