Prezidentin impiçmenti üçün lazım olan səslər toplandı
Bizi izləyin

Dünya

Prezidentin impiçmenti üçün lazım olan səslər toplandı

Pezidentin impiçmenti məsələsinin dekabrın 2-də səsverməyə çıxarılması planlaşdırılır.

Cənubi Koreya parlamenti ölkə prezidenti Pak Kın Xenin impiçmenti üçün kifayət qədər səs toplayıb.

Publika.az “RİA-Novosti”yə istinadən xəbər verir ki, bu haqda “Yonhap” agentliyi bildirib.

Ölkə başçısının parlament vasitəsilə vəzifəsindən kənarlaşdırılması üçün 300 deputatdan ən azı 200-nün səsi lazımdır. Müxalifət və müstəqil parlament üzvləri 172 səsə malikdir. Buna görə impiçment üçün iqtidardakı “Senuri” partiyasından minimum 28 səs lazımdır. “Senuri”nin nümayəndəsi Yan Çul Xvanı lazım olan səslərin toplandığını bildirib.

Pezidentin impiçmenti məsələsinin dekabrın 2-də səsverməyə çıxarılması planlaşdırılır.

Qeyd edək ki, bir müddət öncə Cənubi Koreya prezidentinin keçmiş müşaviri An Çan Pom tutulub. Onun adı prezidentin rəfiqəsi ilə bağlı rüşvət qalmaqalında hallanır. Rəfiqəsi Çxve Sun Sil prezidentin qərarına təsir etmək üçün rüşvət almaqda şübhəli bilinir. Dövlət başçısının rəfiqəsini ölkədən qaçmaması üçün həbs ediblər.

Dünən isə Pak Kın Xe korrupsiya qalmaqalı ilə bağlı ölkə vətəndaşlarından üzr istəyib və istefa verməyə hazır olduğunu bildirib. O, deyib ki, dövlət başçısı kimi gələcək taleyi ilə bağlı qərar verməyi parlamentin ixtiyarına buraxıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm