Dünya
Atambayevin “varis”ləri: ruslar iqtidara kimi gətirmək istəyir? - - FOTOLAR
rğızıstan prezidenti Almazbek Atambayev 2017-ci ildə
postundan getməyi düşünür.
Publika.az xəbər verir ki, gələn il yeni prezidentin kim
olacağına dair müxtəlif proqnozlar var.
Amerikanın “Eurasianet” portalı yazır ki, Atambayev getməyi düşünsə
də, öz yerinə rəqiblərindən kiminsə gəlməsini istəmir.
Atambayev bildirdi ki, prezident səlahiyyətləri başa çatan ərəfədə
siyasi proseslərə qarışmayacaq. Lakin çoxları hesab edir ki, o,
getməmişdən əvvəl ölkədə siyasi sabitliyi bərpa etməyə çalışacaq.
Ekspertlər düşünür ki, Atambayevin komandası 2017-ci ildə prezident
seçkilərinə təsir edə bilər.
“Eurasianet” Atambayevi əvəz edə biləcək şəxslərin adlarını
açıqlayıb.

Prezidentliyə mümkün namizədlərdən biri baş nazir Sooronbay Jeenbekovdur. Onun qardaşı, parlamentin keçmiş spikeri Asılbey Jeenbekov da namizəd ola bilər. Hər iki qardaş hakim Sosial-Demokrat Partiyasının nümayəndəsidir.

Prezident Aparatının xarici siyasət şöbəsinin müdiri Sapara
İsakovun da adı namizədlər sırasında çəkilir.
Lakin ən real namizəd kimi iki şəxsin adı çəkilir: Temir
Sarıyev və Omurbek Babanov.

Hər iki şəxs keçmişdə baş nazir olub. Mümkündür ki, Rusiya T. Sarıyevi dəstəkləsin. Çünki 2015-ci ildən 2016-cı ilin 11 aprelinə qədər baş nazir olmuş Sarıyev Qırğısıztanın Avrasiya İqtisadi İttifaqına daxil olmasında böyük rol oynayıb.

Yeri gəlmişkən, dekabrın 1-də Atambayev Bişkekdə keçirdiyi
mətbuat konfransında bildirmişdi ki, “əgər Omurbek Babanov, yaxud
Bakıt Torobayev Qırğızıstanın prezidenti olacaqsa, mən
təəccüblənməyəcəm”.
A.Atambayevin “bizdə varis olmadığı üçün mən sevinirəm” sözləri də
diqqət çəkirdi.

Bakıt Torobayev 2009-2010-cu illərdə fövqəladə hallar naziri
olub. 2015-ci ildən parlamentin deputatıdır. O, “Onuquu-İrəliləmə”
partiyasını təmsil edir.
Asif
-
Yaxın Şərq13:41İranın yeni ali rəhbəri sağ imiş - Rəsmən təsdiqləndi
-
Magazin213:01Supermodel geyimi ilə gündəm oldu - Fotolar
-
İdman12:46Arbeloa Ardanın qolu haqqında elə sözlər dedi ki...
-
ABŞ12:01O sağdırsa, təslim olmalıdır! - Tramp
-
Yaxın Şərq11:21İranda İsrail kəşfiyyatına işləyən xeyli sayda agent saxlanıldı
-
Nida Xəbər 10:41Belçikanın sabiq Baş naziri Aİ-nin Azərbaycana qarşı ikili yanaşmasını kəskin tənqid etdi
-
MDB10:00Rusiyada zəlzələ baş verdi
-
İdman08:48Arda Gülərdən fantastik qol - Video

































