Kilsədəki terrorun məsuliyyətini İŞİD üzərinə götürdü
Bizi izləyin

Dünya

Kilsədəki terrorun məsuliyyətini İŞİD üzərinə götürdü

İŞİD terror qruplaşması Misirin paytaxtı Qahirə şəhərindəki kilsədə baş vermiş dəhşətli terror aktına görə məsuliyyəti üzərinə götürüb.

"Report" xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.

Qeyd edək ki, hadisə bazar günü, paytaxtda, Abbasidəki kilsədə qeydə alınıb. Terror aktı zamanı 25 nəfər ölüb, 49 nəfər yaralanıb.

Misirin prezidenti Əbdül Fəttah əs-Sisi matəm mərasimində bildirib ki, hadisəni gənc terrorçu törədib. Faktla bağlı 4 nəfər – 3 kişi və 1 qadın saxlanılıb. Onlar terror aktına hazırlıq planını həyata keçirməkdə, kamikadzeyə təlim keçməkdə, terror aktının yerini seçməkdə, habelə terrorçunu sığınacaqla təmin etməkdə şübhəli bilinirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm