Dünya
Kreml “Brexit”in nəticələrini dəyişdirib? – RƏSMİ CAVAB
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın “Brexit”ə (Böyük Britaniyanın Avropa İttifaqına üzvlüyü ilə bağlı keçirilən referendum –red.) müdaxilə etdiyinə dair iddialara cavab verib.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Kremlin sözçüsü Britaniya siyasətçilərini primitiv, uzağıgörməyən və qeyri-peşəkarlıqda ittiham edib.
“Bu iddialar siyasətin və siyasətçilərin olduqca primitiv, uzağıgörməyən və qeyri-peşəkarlığını göstərir. Onlar müxtəlif kəşflərə və uydurmalara üstünlük verirlər”, - deyə Peskov bildirib.
Qeyd edək ki, daha əvvəl İngiltərədə Leyboristlər Partiyasının millət vəkili Ben Bredşou rusiyalı hakerlərin “Brexit”ə müdaxilə etdiyini açıqlamışdı.
Xatırladaq ki, “Brexit” cari il iyunun 23-də keçirilib. Səsvermədə iştirak edənlərin 51,9 faizi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına səs verib.
Ömər Dağlı
-
Magazin110:18Niyaməddin Musayevin qızı polkovnik imiş: Uzun müddət...
-
Dünya09:12Sülhə doğru addım: Putin və Uitkoff bu məsələdə razılaşıblar
-
MDB08:48Rusiyanın şəhəri "qara qar"la örtüldü - VİDEO
-
Avropa07:47HAVA LİMANINA SIZMA - Kanslerin təyyarəsini sıradan çıxarmaq istədilər
-
Avropa06:16Zelenski və həyat yoldaşının varidatı açıqlandı
-
İdman04:44"Real Madrid" ekoloji cinayətdə ittiham olundu
-
Magazin104:14Tolikin efirdə halı pisləşdi, xəstəxanaya yerləşdirildi - VİDEO
-
Dünya03:13Qrenlandiya ABŞ-la danışıqlar üçün RAZILIQ VERDİ
















.jpg)







.jpg)











