Region
Şahbaz Şərif Ərdoğanla İranın hücumlarını müzakirə etdi
Pakistan Türkiyə və Fars körfəzi ölkələri ilə həmrəylik ifadə edib.
Publika.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bildirib.
Ş. Şərif Türkiyə lideri ilə telefon danışığı barədə "X"də məlumat yayıb, Türkiyə və regiondakı digər qardaş ölkələrə yönəlmiş hücumları qəti şəkildə qınadığını bildirib. "Pakistanın Türkiyə və Körfəz ölkələri ilə olan sarsılmaz həmrəyliyini yenidən təsdiqlədim, gərginliyin azaldılması və dialoq üçün göstərilən bütün səylərə dəstək verməyə hazır olduğumuzu çatdırdım",- Pakistanın Baş naziri qeyd edib.
Liderlər Əfqanıstandakı vəziyyətə dair fikir mübadiləsi də aparıblar:
"Türkiyənin Pakistanla Əfqanıstan arasında sülhün yaradılması səylərini dəstəkləməsi, xüsusilə də bayram günlərində elan etdiyimiz müvəqqəti atəşkəsə verdiyi son töhfələri təqdirlə qarşıladığımı bildirdim".
Söhbət zamanı Pakistan və Türkiyə arasında ikitərəfli əməkdaşlıq da müzakirə olunub.
Türkiye Cumhuriyeti Cumhurbaşkanı sevgili kardeşim Recep Tayyip Erdoğan ile bu akşam görüştüm ve kendisine, ailesine ve kardeş Türkiye halkına en içten Ramazan Bayramı tebriklerimi ilettim.
— Shehbaz Sharif (@CMShehbaz) March 19, 2026
Son derece samimi geçen görüşmemiz sırasında, Orta Doğu’da hızla gelişen durumu ele… https://t.co/1dUvjSGVbq
-
Magazin114:32Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO
-
İdman13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər
-
Hadisə13:21Azərbaycanda vəzifəli şəxs vəfat etdi
-
Sosial12:46Sabah yağış yağacaq
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?












.jpg)

























