Ankaradan MÜHARİBƏ ANONSU: Yeni hərbi əməliyyat hazırlığı
Bizi izləyin

Dünya

Ankaradan MÜHARİBƏ ANONSU: Yeni hərbi əməliyyat hazırlığı

Yeni hərbi əməliyyatlara başlaya bilər.

Türkiyə Suriya və İraqda yeni hərbi əməliyyatlara başlaya bilər.

Publika.az
xəbər verir ki, “Fərat qalxanı” əməliyyatının Fərat çayının şərqinə də keçə biləcəyi haqqında məlumatlar yayılıb.

Türkiyəli yazar Mehmet Acetin məlumatına görə, artıq bununla bağlı siqnal verilib.

Qeyd edək ki, Fəratın şərqi PKK-nın Suriya qolu olan PYD-nin nəzarətindədir. ABŞ-ın planına görə, Fəratın qərbində Aralıq dənizinə qədər olan ərazilər PYD-nin əlinə keçməli və Türkiyənin cənubunda “kürd dəhlizi” yaradılmalı idi. Lakin Türkiyə Fərat çayını özünün “qırmızı xətti” elan edərək, buna imkan vermədi. Ardınca “Fərat qalxanı” əməliyyatına başlayaraq, Cerablusu İŞİD-dən təmizlədi. Hazırda Əl Bab əməliyyatı davam edir. Əməliyyat Fəratın şərqinə keçərsə, bu PYD-nin bölgədən təmizlənməsi ilə nəticələnə bilər. Lakin Türkiyənin bu addımı onun ABŞ-la açıq qarşıdurmaya qədəm qoyması deməkdir.

Türkiyə Baş nazirinin köməkçisi Veysi Kaynak isə İraqda keçirilə biləcək əməliyyatdan danışıb.

“Bizim təhlükəsizliyimiz Suriya və İraqdan başlayır. Sərhədlərimizin təhlükəsizliyini təmin etməliyik, lakin Avropa da təhlükəsizliyinin Türkiyədən başlayacağını unutmamalıdır”, - deyə o bildirib.

V.Kanyak Şengalda ikinci Kandilin yaranmasına imkan verməyəcəklərini açıqlayıb: “Şimali İraq Kürd Muxtariyyəti PKK-nın Şengala yerləşməsinin qarşısını almalıdır. Bərzani bunu bacarmasa, müdaxilə etmək məcburiyyətində qalacağıq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm