Avtobus körpüdən aşdı - 3 ölü, 25 yaralı
Bizi izləyin

Dünya

Avtobus körpüdən aşdı - 3 ölü, 25 yaralı

Xəsarət alanlardan 5-nin azyaşlı olduğu bildirilir.

Meksikada ağır yol qəzası baş verib.

Publika.az "TASS"-a istinadən xəbər verir ki, ölkənin paytaxtı yaxınlığındakı Ekatepek şəhərində avtobus sürücüsü idarəetməni itirib. Nəticədə avtobus körpüdən aşıb. Qəza zamanı 3 nəfər ölüb, azı 25 nəfər yaralanıb.

Xəsarət alanlardan 5-nin azyaşlı olduğu bildirilir. Xilasedicilər avtobusun içində qalmış yaralıları çıxarmaq üçün xüsusi texnikadan istifadə edirlər.

İlkin məlumata görə, hadisəyə səbəb nəqliyyat vasitəsindəki nasazlıq olub.

Prokurorluq faktla bağlı təhqiqat aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm