ABŞ-da 5 yaşlı iranlı qandallandı - - FOTOLAR
Bizi izləyin

Dünya

ABŞ-da 5 yaşlı iranlı qandallandı - - FOTOLAR

“Yaş və cinsiyyətinə görə birinin təhdid yaratmadığını fərz etmək səhvdir”.

ABŞ vətəndaşı olan İran mənşəli 5 yaşındakı uşaq Vaşintonda hava limanında 5 saat ərzində qandallanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu addım ABŞ prezidenti Donald Trampın 7 müsəlman ölkəsinin vətəndaşlarının ölkəyə qəbulu barədə verdiyi fərmanla bağlıdır.

Ailəsi ilə birlikdə ABŞ-a daxil olmasına icazə verilməyən 5 yaşındakı uşaq hava lımanında 5 saat saxlanılıb. Hadisə yanvarın 28-də baş verib.

Hadisə ilə Ağ Evdən verlən açıqlamaya görə, uşaq ABŞ üçün “təhdid” yaratdığı üçün qandallanıb. “Yaş və cinsiyyətinə görə birinin təhdid yaratmadığını fərz etmək səhvdir”, - deyə Ağ Evin sözçüsü Sean Spiker qeyd edib.

Tramp yanvarın 27-də 7 müsəlman ölkəsi vətəndaşının ölkəyə 90 gün ərzində girişini qadağan edən fərman imzalayıb. Bu ölkələr İraq, İran, Suriya, Somali, Sudan, Liviya və Yəməndir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm