Lukaşenko: “Bu insanlar Donbasa getsinlər”
Bizi izləyin

Dünya

Lukaşenko: “Bu insanlar Donbasa getsinlər”

"Bizim sakit həyatımız hamının xoşuna gəlmir”

“Ölkəmizdə və onun sərhədlərindən kənarda Belarusda sülh və sabitliyi arzu etməyən güclər var”.

Publika.az xəbər verir ki, bunu Minskdə mətbuat konfransında Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Ölkədə və xaricdə Belarusu xaosa və münaqişələrə cəlb etməyi arzulayan qüvvələr var. Bizim sakit həyatımız hamının xoşuna gəlmir”, - deyə Belarus lideri bildirib.

Prezident bu cür insanlara Donbasa getməyi məsləhət görüb. Lukaşenko əmin olduğunu deyib ki, onlar dinc həyatı yüksək qiymətləndirərək oradan qayıdacaqlar.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm