Fransada Atom Elektrik Stansiyasında partlayış olub
Bizi izləyin

Dünya

Fransada Atom Elektrik Stansiyasında partlayış olub

Hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və həkimlər cəlb edilib.

Fransanın şimal-qərbində yerləşən Flamanvil Atom Elektrik Stansiyasında partlayış baş verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Ouest France” qəzeti bildirb.

KİV-in məlumatına görə, bir neçə nəfər yaralanıb. Hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və həkimlər cəlb edilib. Radioaktiv maddələrin yayılma təhlükəsinin olmadığı bildirilir.

Yanğınsöndürənlərin məlumatına görə, partlayışdan sonra yanğın başlanıb. Yanğın atom reaktorlarının olduğu zonaya keçməyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm