Erməni hüquq müdafiəçisi: “Rusiya Azərbaycanın mövqeyini nəzərə alır” - MÜSAHİBƏ
Bizi izləyin

Dünya

Erməni hüquq müdafiəçisi: “Rusiya Azərbaycanın mövqeyini nəzərə alır” - MÜSAHİBƏ

Erməni hüquq müdafiəçisi: “Rusiya Azərbaycanın mövqeyini nəzərə alır”

Moskvada yaşayan erməni hüquq müdafiəçisi Arbak Xaçatryan Ermənistanın 1in.am saytına müsahibə verib. Hüquq müdafiəçisi Ermənistanın Gömrük Şurasına üzvlüyünə şübhə etdiyini bildirib. Onun fikrincə, Rusiya bu məsələdə yalnız Belarus və Qazaxıstan deyil, həm də Azərbaycanın fikrini nəzərə alacaq.

Publika.az həmin müsahibəni ixtisarla təqdim edir.

-Siz əvvəl qeyd etmisiniz ki, Ermənistanın Gömrük Şurasına üzv olmasına maneə olacaqlar. Yaxın vaxtlarda baş verən proseslərdən sonra çoxları güman edir ki, Ermənistanın quruma üzvlüyü şübhə altındadır. Belarus və Qazaxıstan isə əsas maneədir. Siz bu fikirlə razısınız?

-Bu ölkələr heç vaxt Azərbaycana qarşı getməyəcək. Bu maneə və təhlükə artıq mövcuddur. Amma bütovlükdə Ermənistan məsələsi daxili məsələdir. Dağlıq Qarabağ Ermənistan üçün geosiyasi məsələ deyil. Avropaya neft və təbii qazın çatdırılması fonunda bu Azərbaycan üçün geosiyasi məsələdir. Buna görə də Gömrük Şurasına üzv ölkələr Azərbaycanla birlikdə olmaq üçün bacardığı hər şeyi edəcəklər. Gömrük Şurası bir oyundur, bundan sonra nə olacağı məlum deyil.

-Rusiya Ermənistanın Gömrük Şurasına üzvlüyündə Belarus və Qazaxıstanın fikrini nəzərə alır?

-Rusiya həmçinin Azərbaycanın fikirini nəzərə alacaq. Mümkündür ki, Ermənistan və Rusiya ayrılıqda hərbi-iqtisadi müqaviləni bağlayacaq. Ermənistanla ümumi sərhədin olmaması prosesə maneə olacaq. Ermənistan indiki halda Rusiyadan başqa heç kəsə lazım deyil..

-Avrasiya İqtisadi İttifaqın taleyi necə olacaq? Belorus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ittifaq 10 il sonra formalaşdırılacaq.

-Krım hadisəsi tarixdə çox güclü hadisədir. Bir halda ki, Rusiya beynəlxalq iqtisadi sistemdə super dövlət kimi dayana bilməyəcək, Asiya ölkələri də öz taktikasını dəyişdirməlidir. Korrupsiya və oğurluq post-sovet ölkələrinin taunudur. Əgər Rusiya bunların öhdəsindən gələ bilərsə, hazırkı vəziyyətdən çıxacaq. Lukaşenkonun Ermənistan haqqında söylədiklərinə gəlincə, bu normaldır. Ermənistan hazırda boşalıb. Belə vəziyyətdə danışırıqsa ki, biz Gömrük Şurasına daxil oluruq, bu absurddur. İstənilən başqa ölkənin rəhbərliyi belə vəziyyətdə çoxdan istefaya verərdi. Amma Ermənistanda soyğun davam edir. Azərbaycan isə daha yüksək mövqe tutur. Ermənistan öz mövqeyinin yaxşılaşdırılması üçün heç nə etmir, heç bir hərbi siyasət aparmır, yalnız göstərir ki, Rusiya prezidenti ilə çox gözəl münasibətləri var. Bəli, Rusiya Federasiyasının prezidenti güclü şəxsiyyətdir. Amma o, ilk növbədə öz maraqlarını fikirləşəcək. Mən demirəm ki, Ermənistan onu maraqlandırmır, amma Ermənistan bəzi məsələlərinin həllində Rusiya zərbə ala bilər. Mən məsələnin yalnız Belarus və Qazaxıstanla bağlı olmasından şübhələnirəm. Məsələ daha çox Azərbaycanla bağlıdır. Hazırda Qarabağ məsələsi Rusiya üçün də böyük təhlükədir.

Ermənistan rəhbərliyi dalana dirənib. Rusiya bizim üçün qardaş dövlət olduğunu deməklə iş bitmir. Bunu deməklə siyasi məsələləri həll etmək olmaz. Gömrük Şurasının üzvləri öz maraqlarını müdafiə edirlər, onlar Qarabağ haqqında düşünmürlər. Əgər onlar bilsəydilər ki, Ermənistanın Gömrük Şurasına üzvlüyünə maneə olmaqla güclü siyasi partnyoru itirəcək və iqtisadiyyatı zərər görəcək, heç vaxt bu cür çıxış etməzdilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm