Dünya
Daha bir ölkə məktəblərdə mobil telefonları qadağan edir
Daha bir Avropa ölkəsi məktəblərdə mobil telefonlardan istifadəni qadağan etməyə hazırlaşır.
Publika.az xəbər verir ki, Danimarka Təhsil Nazirliyinin açıqlamasına görə, 2027-2028-ci tədris ilindən etibarən ibtidai və orta məktəblərdə mobil telefonlardan, eləcə də internetə çıxışı olan digər şəxsi elektron cihazlardan istifadəyə icazə verilməyəcək.
Yeni qaydalara əsasən, məktəblərin internet şəbəkələrində məzmun filtrləmə sistemi tətbiq olunacaq. Dərs saatlarında sosial media, onlayn oyun və alış-veriş saytlarına giriş də məhdudlaşdırılacaq. Hansı saytların bloklanacağına isə bələdiyyələr və məktəblər qərar verəcək.
Qeyd edək ki, Niderland, Cənubi Koreya və İtaliya da daxil olmaqla bir sıra ölkələr artıq məktəblərdə ağıllı telefonlardan istifadəni qadağan edib. Polşa və Çexiya da oxşar qadağanın tətbiqini təklif edib.
Müəllif: Roza
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi

















.jpg)
















