Vuçiçdən sensasiyalı açıqlama: Məni həbs etsələr, milyonlarla insan küçələrə çıxacaq
Bizi izləyin

Dünya

Vuçiçdən sensasiyalı açıqlama: Məni həbs etsələr, milyonlarla insan küçələrə çıxacaq

Vuçiçdən sensasiyalı açıqlama: Məni həbs etsələr, milyonlarla insan küçələrə çıxacaq

Serbiyanın sabiq prezidenti, hazırda parlamentin deputatı olan Aleksandr Vuçiç həbs olunacağı təqdirdə aclıq aksiyasına başlayacağını və ölkədə milyonlarla insanın küçələrə çıxacağını bəyan edib.

Publika.az xəbər verir ki, siyasətçi ölkəni tərk etmək və ya hüquq-mühafizə orqanlarından gizlənmək niyyətində olmadığını vurğulayıb.

“Bəs bu baş verən kimi küçələrə çıxacaq bir milyon insanla nə edəcəksiniz?” - deyə Vuçiç “Pink” telekanalının efirində siyasi rəqiblərinə müraciət edib. O, mümkün həbsi ilə əlaqədar genişmiqyaslı etiraz aksiyalarının keçiriləcəyini bildirib.

Vuçiç qarşıdan gələn prezident seçkiləri ilə bağlı məsələyə də münasibət bildirib. Onun sözlərinə görə, Serb Tərəqqi Partiyası (SNS) dekabrın 13-də keçiriləcək qurultayında seçkilərdə iştirakla bağlı qərar verəcək.

Sabiq prezident özü isə namizədliyini irəli sürməməyə meyilli olduğunu etiraf edib. O bildirib ki, bu addımı ilə siyasi rəqiblərinin hərəkətlərini legitimləşdirmək istəmir.

Qeyd edək ki, Vuçiç yaxın zamanda həbs olunacağı ilə bağlı yayılan xəbərləri də təkzib edib. O, barəsində heç bir cinayət işinin olmadığını bildirib. Siyasətçinin sözlərinə görə, prezident maliyyə sənədlərini imzalamadığı üçün onun həbsinə əsas yoxdur.

Vuçiç hətta hipotetik olaraq həbsxanaya düşəcəyi halda belə, siyasi rəqibləri üçün “kabus” olacağını söyləyib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm