Dünya
ABŞ Baş Qərargah rəisi Bakı görüşündən danışdı
ABŞ Silahlı Qüvvələri qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri general Cozef Danford ötən həftə Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimovla Bakıda keçirdiyi görüşü şərh edib.
Publika.az xəbər verir ki, Cozef Danford Vaşinqtondakı Brukinq İnstitutunda çıxışı zamanı qeyd edib ki, onun Valeri Gerasimovla Bakıda görüşməsi ABŞ-ın Rusiyaya dair siyasətində dəyişikliyin baş verməsi anlamına gəlmir.
“ABŞ-da, bizim hərbi sahədə əməkdaşlığımıza mane olan qanun var”, - deyə Danford Barak Obama administrasiyasının Rusiya ilə bu cür təmasların azaldılmasına dair qərarını nəzərdə tutub.
“Mənim rusiyalı həmkarımla Bakıdakı görüşüm siyasətdə hər-hansı dəyişikliklərin baş verməsi kontekstində keçirilməyib və ABŞ administrasiyası ilə heç bir əlaqəsi yoxdur”, - deyə Danford qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Pentaqon yaydığı açıqlamada qeyd edib ki, Danford Gerasimovla fevralın 16-da Bakıda keçirdiyi görüşdə arzuolunmaz münaqişələrdən qaçılmasına yönələn tədbirlərə dair təmasların intensivləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Rusiya Müdafiə Nazirliyi yaydığı məlumatda bildirmişdi ki, görüşdə Rusiya və ABŞ-ın hərbi fəaliyyətlərinin təhlükəsizliyinin artırılması, gərginliyin və insidentlərin baş vermə riskinin azaldılması üzrə işin istiqaməti müəyyənləşdirilib. (apa)
-
Avropa12:45
Bu ölkə 7 saatlıq iş gününə keçir
-
Cənubi Qafqaz11:25
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi
-
Nida Xəbər 11:10
Bu xanıma yüksək vəzifə verildi - FOTO
-
Nida Xəbər 10:50
Qazaxla sərhəd kəndin sakinləri şoka düşüblər: Paşinyanla görüşdə onlara nə deyiblər?
-
İqtisadi gündəm10:26
Rubl və avro ucuzlaşaraq görün neçəyə oldu
-
Hadisə09:50
Bakının mərkəzində sürət yarışı: 10-a yaxın maşın əzildi - Video
-
Sosial09:14
Keçmiş daxili işlər naziri saxlanıldı
-
Sosial08:37
Dələduzlar yeni yola əl atdılar: “Cərimən varsa...” - VİDEO