Dünya
Ermənistanda yoxsulluq səviyyəsi gündən-günə yüksəlir
Sosial-iqtisadi sahədə dərin böhran yaşayan Ermənistanda yoxsulluq həddi gündən-günə yüksəlir. İşğalçı ölkə əhalisinin işsizlikdən sonra üzləşdiyi ən böyük problem mənzil şəraiti ilə bağlıdır. Ekspertlər bunu inşaat sektorunda illərdir hökm sürən durğunluqla əlaqələndirirlər.
Armenia TV-nin “İti bucaq” proqramının təqdim etdiyi reportajda bildirilir ki, Ermənistanda əksər ailələr uşaqlarını ağır şəraitdə böyüdürlər. Ailə üzvləri işsizdir. Onların ümidi yalnız cüzi pensiyayadır. Belə ağır şəraitdə yaşayan uşaqlar sağlam olmurlar. Uşaqların normal geyimləri olmadığı üçün məktəbə də gedə bilmirlər. Ailələrin aylıq gəliri 40 min dramı keçmir. Həmin məbləğ isə bir nəfərin yaşaması üçün belə kifayət deyil.
Proqramın müəllifi deyir ki, Ermənistanda belə ailələrin sayı gündən-günə artır. Son bir ildə yoxsulluq səviyyəsi 56 faizə yüksəlib. Əhalinin 43 faizi isə ya evsizdir, ya da şəraitsiz mənzillərdə yaşayır. Hökumət isə bu problemlərin həllində acizdir. Ermənistanda tikinti sektorunda illərdir durğunluq hökm sürür. Ölkədə sement istehsalı da dayandırılıb. Razdan sement zavodu artıq fəaliyyət göstərmir.
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO