Dünya
İŞİD qadın snayperləri döyüşə atdı
İŞİD terror qruplaşması Mosulun qərb hissəsində İraq hərbçilərinə qarşı qadın snayper dəstələrini döyüşə cəlb edib.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Naynava vilayətinin güc strukturlarındakı mənbəyə istinadən “As Sumaria” telekanalı bildirib.
Telekanalın məlumatına görə, İŞİD-in snayperləri Mosulun rayonlarında hündürmərtəbəli binaların damlarında mövqe tutublar. İŞİD-in səhra komandanlığı Mosulun qərbində İraq ordusunun əməliyyatlarının gedişatında snayperlərin əksəriyyətini itirdikdən sonra onlara qadın snayperləri qoşmağa qərar verib.
Son məlumatlara görə, İraqın ikinci böyük şəhəri olan Mosulun 30 faizi hazırda İŞİD-in əlindədir. Terror qruplaşması “canlı qalxan” kimi dinc sakinlərdən istifadə edir və bu, İraq təhlükəsizlik güclərinin irəliləyişini çətinləşdirir. Hazırda hökumət qüvvələri ilə İŞİD arasında Ən-Nuri məscidi ətrafında şiddətli döyüşlər gedir. Adı çəkilən məscidin Mosulda strateji nöqtə olmasından əlavə, bura həm də İŞİD üçün simvolik önəm daşıyır. Terrorçular 3 il əvvəl məhz Ən-Nuri məscidində "xilafət dövləti"nin qurulduğunu elan ediblər.
Mosul üzərində nəzarətin bərpası üzrə quru əməliyyatları ötən il oktyabrın 17-də başlanıb. Əməliyyata ABŞ-ın rəhbərlik etdiyi Qərb koalissiyasının hava gücləri dəstək verir.
Ömər Dağlı
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirilir
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq