Suriya bombalanmış aerodromdan uçuşları bərpa etdi
Bizi izləyin

Dünya

Suriya bombalanmış aerodromdan uçuşları bərpa etdi

“Su-22" hərbi təyyarəsi Şayrat aerodromundan uçub

Suriya Hərbi Hava Qüvvələri Amerika raket zərbələrindən bir gün sonra Şayrat aerodromundan uçuşları bərpa edib.

Publika.az xəbər verir ki, bu haqda öz müxbirinə istinadən “Əl-Cəzirə” telekanalı bildirib.

“Su-22 hərbi təyyarəsi Şayrat aerodromundan uçub”, - kanal tvitter səhifəsində yazıb.

Qeyd edək ki, ABŞ Aralıq dənizində olan iki gəmidən aprelin 7-də yerli vaxtla gecə saat təxminən 4-də Suriya ərazisində yerləşən Şayrat aerodromun raket zərbələri endirib. ABŞ-ın iddiasına görə, raket zərbələri Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirilib.

Aralıq dənizində olan ABŞ-ın iki hərbi gəmisindən azı 59 "Tomaqavk" raketi atılıb. Müxtəlif məlumatlara görə, 4-dən 10-a qədər Suriya hərbçisi ölüb.

“RİA-Novosti”nin müxbirinin sözlərinə görə, aviabazanın uçuş-enmə zolağı ciddi zərər görməyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm