Putin və Ərdoğan arasında telefon danışığı oldu
Bizi izləyin

Dünya

Putin və Ərdoğan arasında telefon danışığı oldu

Suriyadakı vəziyyətin inkişafı müzakirə edilib.

Rusiya prezidenti Vladimir Putinlə onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin məlumatında bildirilir.

Məlumatda bildirilir ki, prezidentlər telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər.

“Suriyadakı vəziyyətin inkişafı müzakirə edilib. Tərəflər atəşkəs rejiminin möhkəmləndirilməsi məqsədi ilə birgə işi, habelə, Astana və Cenevrə formatlarında keçirilən Suriyaya dair danışıqlar prosesinə dəstəyi davam etdirmək niyyətində olduqlarını bildiriblər”, - deyə məlumatda bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm