DƏHŞƏTLİ FACİƏ: Elektrik naqili binanın damına düşdü - 30 ölü
Bizi izləyin

Dünya

DƏHŞƏTLİ FACİƏ: Elektrik naqili binanın damına düşdü - 30 ölü

Daha 2 nəfər isə xəstəxanada ölüb.

Nigeriyada yüksək gərginlikli elektrik naqili "Mançester Yunayted" klubu azarkeşlərinin Avropa Liqasının matçını izlədiyi futbol mərkəzinin damına düşməsi nəticəsində 30 nəfər ölüb.

Publika.az xəbər verir ki, hadisə Kalabar şəhərində baş verib. Şahidlər qeyd ediblər ki, onlar transformatorda alov görüblər. Bundan sonra yüksək gərginlikli naqil klubun damına düşüb.

Nəticədə 28 nəfər hadisə yerindəcə dünyasını dəyişib. Daha 2 nəfər isə xəstəxanada ölüb.

"Associated Press"in məlumatına görə, yerli hakimiyyət orqanları hadisəni dəhşətli faciə adlandırıblar və yüksək gərginlikli xəttin altında klubun inşa edilməsinin qanunsuz olduğunu bildiriblər.

"Mançester Yunayted" "Twitter"dəki səhifəsində həlak olanların yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm