• USD 1,7000 0,00% EUR 2,0120 -0,37%
    • GBP 2,2300 -0,13% RUB 0,0232 -0,43%

Qərbə SƏRT XƏBƏRDARLIQ: “Rusiyaya qarşı bu taktika...”

  • Dünya
  • 27 Aprel 2017 13:30
  • 1 098 Baxış
Qərbə SƏRT XƏBƏRDARLIQ: “Rusiyaya qarşı bu taktika...”

“Dünyanın təhlükəsizlik məsələləri üzrə Rusiya ilə güc diliylə danışıqlar aparmaq cəhdləri perspektivsizdir”.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu beynəlxalq təhlükəsizlik üzrə VI Moskva konfransında Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

“Təəssüflə təsdiq etmək lazımdır ki, Qərbdəki partnyorlarımız ətalətin öhdəsindən gələ və onlara məxsus olan beynəlxalq münasibətlərə eqoizm baxışından imtina edə bilmədilər. Onlar güc dili ilə danışıqlar aparmağa davam edirlər. Dərhal deyəcəyəm: Rusiya ilə münasibətlərdə belə taktika perspektivsizdir. Qərbin Rusiyaya təzyiqi və onu “kiçik partnyor” kimi öz siyasətinə qoşmaq üzrə istənilən cəhdlərinin də perspektivi yoxdur”, - Narışkin söyləyib.

Xarici Kəşfiyyat Xidmətinin direktoru ABŞ-ın raket əleyhinə müdafiə üzrə müqavilədən birtərəfli çıxışı ilə Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə proqramının inkişafını müqayisə edib.

“Şimali Koreya nüvə silahının yayılmaması haqqında müqavilədən çıxışına görə sərt beynəlxalq təzyiqə məruz qalır. Ancaq Pxenyanın bu addımı raket əleyhinə müdafiə üzrə müqavilədən çıxan Vaşinqtonun qərarından az fərqlənir. ABŞ-ın raket əleyhinə müdafiə üzrə müqavilədən çıxışı birtərəfli idi və yalnız Vaşinqtonun maraqlarına cavab verirdi”, - o əlavə edib.

Narışkin bildirib ki, beynəlxalq qeyri-sabitlik artmaqda davam edəcək, yeni çağırışları və təhlükələri yaranacaq. Onun sözlərinə görə, bu təhdidlərin öhdəsindən gəlmək üçün dünya cəmiyyəti diqqətli və ehtiyatlı addımları atmalıdır.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR