Dünya
Putinin Qarabağı da qatacağı YENİ İTTİFAQ PLANI - Rusiyadan Bakını qəzəbləndirəcək GEDİŞ
Rusiya post-sovet məkanında tanınmamış respublikaları
birləşdirmək üçün “yeni MDB” ideyasının irəli sürüb.
Publika.az xəbər verir ki, bu ideyanı mayın 18-də
separatçı “Luqansk xalq respublikası”nın rəhbəri İqor Plotnitski
səsləndirib.
Lakin ekspertlər hesab edir ki, bu, Kremlin ideyasıdır. Dumanın MDB
ilə işlər üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin
də bildirib ki, bu ideya yeni deyil: “Rusiya 2000-ci illərdən
başlayaraq, Abxaziya və Cənubi Osetiya ilə birlikdə bu ideya
üzərində işləyirdi”.
Burada Azərbaycan üçün ən təhlükəli məqam işğal edilmiş Dağlıq
Qarabağda yaradılan qondarma “DQR” rejiminin də “Yeni MDB”
ittifaqına daxil olması ehtimalıdır.
K.Zatulinin bu haqda dedikləri isə Rusiyada belə fikirlərin
olduğunu sübut edir.
“Dağlıq Qarabağın (qondarma rejim) “Yeni MDB”yə girməsi düzgün
olardı. Bu, respublikaların öz aralarında münasibətlərin
əlaqələndirilməsinə imkan verəcək”, - deyə Dumanın üzvü
bildirib.
Zatulinin bu fikirləri Azərbaycana qarşı belə təhlükənin mövcud
olduğunu göstərir.
Asif
-
Avropa19:50
Dünyaya gizli güclər tərəfindən göndərilən, ruhunu şeytana satan “PİVƏ QİYAMÇISI” - FOTO
-
Magazin119:00
Əli Mirəliyev yeni imicindan DANIŞDI: "Məndən ötrü ölənlər olub" - VİDEO
-
Kriminal18:00
Azərbaycandan qaçdığı düşünülən seksual manyak gizli şəkildə çobanlıq edirmiş
-
Sağlamlıq17:21
Xroniki baş ağrısına səbəb olur - Bu dərmanlar təhlükəlidir!
-
Kriminal17:00
Tələbənin maşını ilə dəhşətli qəza törədən gənc həbs edildi - FOTO
-
Cənubi Qafqaz16:40
Bu ölkə Avropanın İrəvana yardımını Bakıya görə blokladı - Ermənistana “soyuq duş”
-
Dəb16:27
Dünya qədər pulu var, amma sevgilisinə normal geyim ala bilmir? - FOTO
-
Nida Xəbər 15:58
Fransa daxili işlər nazirinin bu iddiaları əsassızdır - XİN