İki qatar toqquşdu - 10 nəfər xəsarət aldı
Bizi izləyin

Dünya

İki qatar toqquşdu - 10 nəfər xəsarət aldı

Hadisə yerinə yanğınsöndürən və xilasedicilər cəlb olunub.

İtaliyanın Apuliya vilayətində iki qatarın toqquşması nəticəsində təxminən 10 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, qəza Leççe şəhərinin bir neçə kilometrliyində qeydə alınıb. Ehtimala görə, toqquşma strelka mexanizminin nasazlığı səbəbindən baş verib.

Nəqliyyat vasitəsində 80 sərnişin olub, qatarlara cüzi ziyan dəyib.

Hadisə yerinə yanğınsöndürən və xilasedicilər cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm