ŞOK: Papirosu yandırmaq üçün etdiyi xahiş ölüm gətirdi
Bizi izləyin

Dünya

ŞOK: Papirosu yandırmaq üçün etdiyi xahiş ölüm gətirdi

Şübhəlinin daha əvvəl oğurluq və qarətlə əlaqədar həbs olunduğu bildirilir.

Rusiyanın Omsk şəhərində nadir sayıla biləcək cinayət hadisəsi baş verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, yoldan keçən birindən papiros yandırmaq üçün xahiş edən cavan oğlan döyülərək öldürülüb.

İstintaqın versiyasına görə, küçədə cavan oğlan daha əvvəl tanımadığı şəxsdən papirosu yandırmağı xahiş edib. Bu isə 25 yaşlı kişinin xoşuna gəlməyib və ona müraciət edən oğlanı döyüb. Daha sonra isə döydüyü oğlana yardım üçün təcili yardım briqadasını çağırıb. Ancaq zərərçəkənin həyatını xilas etmək mümkün olmayıb.

Rusiya İstintaq Komitəsinin Omsk vilayətinin bölməsi fakt üzrə cinayət işi qaldırıb. Şübhəlinin daha əvvəl oğurluq və qarətlə əlaqədar həbs olunduğu bildirilir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm