Kreml Krım tatarlarına qarşı cəza əməliyyatına hazırlaşır
Bizi izləyin

Dünya

Kreml Krım tatarlarına qarşı cəza əməliyyatına hazırlaşır

Kreml Krım tatarlarına qarşı cəza əməliyyatına hazırlaşır

Sabah Krım tatarları yarımadan deportasiya olunmasının 70-inci ildönümü ilə bağlı çoxminli mitinq keçirməyə hazırlaşır. Mitinq öncəsi isə Krımda gərginlik müşahidə olunur.

Publika.az – ın verdiyi xəbərə görə, Polşanın “Gazeta Wyborcza” nəşri Krım tatarlarının evlərində axtarışların aparıldığını yazıb.

Qəzet xəbər verir ki, Krım yarımadasına məhbusların daşınması üçün əlavə maşınlar gətirilir. Sabah Simferepol şəhərinin mərkəzi meydanına təxminən 40 min insanın toplaşacağı bildirilir. “Krım tatarları rus bayraqları ilə rus hakimiyyətini qıcıqlandıracağına söz verirlər. Onlar Krımın Rusiyaya birləşməsinə qarşı çıxırlar. Mitinqdə Rusiyanın bayrağı olmayacaq”, - Polşa nəşri bildirir.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları bazar mitinqindən əvvəl “ekstremistlər”in evlərində silah axtarışına çıxıb. Məlumata görə, FTX-nin əməkdaşları Krım tatarlarının lideri Mustafa Cəmilovun evində də axtarış aparıb.

Krım Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin rəhbəri Sergey Terexov baş verənləri şərh erməkdən imtina edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm