Dünya
Azərbaycanın qonşusundan təhlükəli addım - Yeni MÜHARİBƏ BAŞLAYIR
Neft müharibələrindən başı ayılmayan Yaxın Şərqdə su
müharibələri başlayır.
Publika.az xəbər verir ki, İran iki gün öncə öz
torpaqlarından başlayaraq, Şimali İraqa, oradan isə İraqa axan
Kiçik Zap çayı üzərindəki Silve, Visk və Kolse baryerlərinin
qarşısını kəsib. İran rəsmiləri quraqlığı səbəb göstərərək,
baryerləri ən azı 60 gün ərzində bağlı tutacaqlarını açıqlayıb.
Şimali İraq Kürd Muxtariyyəti isə İranın yolunu gedərək, Bağdada
gedən suyun yolunu kəsib. Su problemi ilə üzləşən Bağdad
hakimiyyəti narahatdır.
İranın Kənd Təsərrüfatı Nazirliyinin yaydığı açıqlamada bildirilir
ki, Ərbilin suyu kəsmə qərarı cənub hövzələrində su qaynaqlarının
gələcəyini təhlükə altına atır: “Ərbil bu qərarı verərkən, qonşu
ölkələri səbəb göstərir. Ümid edirik ki, Türkiyə və İran bu
məsələdə lazımi mövqe sərgiləyəcəklər”.
Şimali İraq Kürd Muxtariyyəti isə yaydığı açıqlamada bildirib ki,
İranın Zap çayındakı baryerləri bağlaması Kale Dize sərhədində
yaşayan 90 min insanın içməli su problemi ilə üzləşməsinə səbəb
olub.
“Əkinçilik və balıqçılıq təsərrüfatları böyük zərər görüb. Dokan
hövzəsində suyun səviyyəsi 60 faiz azalıb. Bu sudan İraq da
faydalanır. İranın Ərbildəki baş konsulluğu ilə görüşlər keçirtdik,
lakin indiyə qədər suyun buraxılması ilə bağlı heç bir nəticə əldə
edə bilməmişik. Buna görə də Derbendixan və Dokan hövzələrindən
İraqa verilən suyun qarşısını kəsmək məcburiyyətində qalacağıq”, -
deyə açıqlamada bildirilir.
İranın bu addımı bölgədə neft müharibəsindən sonra yeni bir böhrana
yol açacağı ehtimalını artırır. Rəsmi Bağdad Tehranın suyu siyasi
şantaj olaraq istifadə etdiyini hesab edir. Bu metod İran-İraq
müharibəsində də istifadə edilmişdi.
İraq rəsmiləri “İran su üzərindən kürdləri və ərəbləri tərbiyə
etməyə çalışır” deyə bildiriblər. Onların fikrincə, quraqlığa görə
Türkiyə Fərat və Dicle çaylarının önünün kəsməsi böyük problemlərə
yol aça bilər. Ümumilikdə bölgədə su qarşıdurmasının ciddi böhrana
səbəb olacağı hesab olunur.
Asif
-
İdman06:46“Barselona” və “Real” qələbə qazandı
-
Magazin206:16Qala gecəsinə elə geyimdə gəldi ki... - FOTO
-
Dəb05:15Məşhur aparıcı payızın zərif trendini açıqladı - FOTO
-
ABŞ03:43Edamdan sağ çıxan qadından yeni xəbər var
-
Dünya02:12Əfqanıstan-Pakistan sərhədində gərginlik - Silahlar işə düşdü
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qəfil romantik yaxınlaşma sizin üçün sürpriz ola bilər
-
Magazin210 Oktyabr 23:24İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - FOTO
-
Elm və təhsil10 Oktyabr 22:48Qarabağ Universitetinin müəllimi hakim təyin olundu - FOTO

























.jpg)



