Əsədin taleyi, Rusiya təxribatı, “qaliblər və uduzmuşlar”… - G20 TOPLANIR - - FOTO
Bizi izləyin

Dünya

Əsədin taleyi, Rusiya təxribatı, “qaliblər və uduzmuşlar”… - G20 TOPLANIR - - FOTO

Bu gün Almaniyanın Hamburq şəhərində G20-yə (“Böyük iyirmilik”) üzv ölkələrin sammiti başlanır.

Publika.az xəbər verir ki, sammitdə keçiriləcək görüşlər və mövzuların müzakirəsi iki gün ərzində dünyanın diqqət mərkəzində olacaq.

Sammitin bir nömrəli hadisəsi heç şübhəsiz ki, ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin birinci görüşü olacaq. Qərb KİV-inin mənbələri bildirib ki, Tramp Putinlə Suriyada vəziyyəti və Rusiyanın Suriya lideri Bəşər Əsədə dəstəyini müzakirə etmək niyyətindədir. Amerika lideri həmçinin Putinlə Rusiyanın Ukraynadakı “təxribatçı” hərəkətlərini müzakirə edəcəyi deyilir. Görüşün bu gün axşam saatlarında keçirilməsi planlaşdırılıb.

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti (Bu ölkələr Ukrayna böhranının həllində vasitəsi olan “Normandiya formatı”nda təmsil olunub –red.) iyulun 8-də G20 sammiti çərçivəsində Ukraynadakı vəziyyəti müzakirə edəcək. Görüş işgüzar səhər yeməyi formatında keçiriləcək.

Sammitdə diqqət mərkəzində olan məsələlərdən biri də Koreya böhranı olacaq. ABŞ prezidenti və Yaponiyanın baş naziri Sindzo Abe telefon danışıqları zamanı Şimali Koreyaya təzyiqi gücləndirmək barədə razılığa gəliblər. Telefon danışığı G20 sammitinə hazırlıq çərçivəsində keçirilib. Tramp və Abe, həmçinin Cənubi Koreya prezidenti Mun Çje İn üçtərəfli görüşün keçirilməsi üçün razılaşıblar.

Almaniya kanslerinin sammit ərəfəsində Donald Tramp tənqid etməsi diqqətdən qaçmadı.

“Biz hamıya xeyir gətirmək üçün əməkdaşlıq imkanlarına baxırıq. Hərçənd, qloballaşma prosesinə Amerika administrasiyasında ehtimal ki, “qaliblər və uduzmuşlar” prizmasından baxılır”, - Almaniya hökumətinin başçısı bildirib.

Merkel həmçinin vurğulayıb ki, ABŞ Paris İqlim Razılaşmasından çıxmasına baxmayaraq, Avropa İttifaqı bu sazişin müvəffəqiyyətli icrası məsələsində heç vaxt olmadığı kimi qətiyyətlidir. Kanslerin sözlərinə görə, bu məsələ bəşəriyyət üçün ekzistensional çağırışdır.

Bundan başqa, Merkel bildirdi ki, Fransa prezidenti Emmanuel Makronla Avropa İttifaqı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi üzrə ortamüddətli planı uyğunlaşdırıb. O qeyd edib ki, Almaniya və Fransa arasında əməkdaşlıq Avropanın gələcəyi üçün həlledicidir.

Ukraynaya gəlincə, Almaniya kansleri Ukrayna prezidenti Pyotr Poroşenkoya söz verib ki, Kiyevin iştirakı olmadan Vladimir Putinlə görüş zamanı Ukrayna üzrə qərarlar qəbul edilməyəcək.

Sammit çərçivəsində həmçinin Böyük Britaniyanın baş naziri Tereza Mey və ABŞ prezidenti Donald Trampı arasında görüş keçiriləcək. Görüşdə Şimali Koreya ətrafındakı vəziyyət və ABŞ-ın Paris İqlim Razılaşmasından çıxışı müzakirə ediləcək.

G20 sammiti ərəfəsində Hamburqda genişmiqyaslı etiraz aksiyaları keçirilib. İyulun 2-də başlayan aksiyalar dünən də davam edib. Nümayişçilər bildiriblər ki, G20-yə üzv ölkələrin siyasəti bütün dünyada sosial bərabərsizlik və haqsızlığın artmasına gətirib çıxarıb. Bütovlükdə, sammit zamanı aksiyalarda 100 minə qədər insanın iştirak edəcəyi gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm