Dünya
Səudiyyə Ərəbistanından Türkiyəyə TƏHDİD
“Türkiyə əgər ərəb dünyasına gizli-gizli girərək müdaxilə etməyə çalışırsa, bu dövr keçdi”.
Publika.az “Assoşieyted Press” agentliyinə istinadən xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdulla əl-Muallim deyib.
“Türk qardaşlarımız ərəb dünyasında gizli, yaxud da müəyyən ölçüdə arzuolunmaz hərbi müdaxilə dövrünün çoxdan bitdiyini anlamalıdır. Əgər Türkiyə qurucu rol oynamaq istəyirsə, bunu ancaq xoş qarşılayarıq. Ancaq bu rolu hərbi bazalar və hərbi müdaxilə ilə oynamaq istəsələr, bu, yaxşı olmayacaq”, - deyə o bildirib.
Diplomat Türkiyənin bu cür addımlarının ərəb dünyasındakı nüfuzuna zərər verəcəyini vurğulayıb.
Daha əvvəl Abdulla əl-Muallim ərəb ölkələrinin 13 tələbin əvəzinə 6 ümumi prinsip formalaşdırdığını deyib.
“Sözsüz ki, hamınız güzəştləri dəstəkləyirik, amma altı prinsiplə bağlı güzəşt olmayacaq”, - nəşr səudiyyəli diplomatın sözlərini sitat gətirib.
Tələblərin yeni siyahısında “Əl-cəzirə” peyk telekanalının bağlanması, həmçinin islam təşkilatlarının bütün üzvlərinin Qətərdən göndərilməsi yoxdur.
Xatırladaq ki, Qətər dövlət xəbərlər agentliyində yerləşdirilən bəyanatı əsas göstərən BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı və Misir terrorizmə dəstək verməkdə ittiham edərək iyunun 5-də Doha ilə diplomatik əlaqələri kəsiblər. İyunun 23-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Doha ilə münasibətlərin normallaşması üçün 13 tələb irəli sürüblər. Ərəb ölkələri, xüsusi halda, Qətərdən İranla diplomatik münasibətləri kəsməyi, Türkiyə hərbi bazasını bağlamağı və “Əl-Cəzirə” peyk telekanalını bağlamağı tələb etdilər. Bundan başqa, Doha yuxarıda adıçəkilən 4 ölkənin terrorçuluqda ittiham etdiyi bütün şəxsləri təhvil verməli idi.
Tələblərin yerinə yetirilməsi üçün Qətərə 10 gün vaxt verilmişdi. Daha sonra bu müddət Küveytin xahişi ilə daha 48 saat uzadıldı.
Lakin Qətər tələbləri yerinə yetirməkdən imtina edib.
Ömər Dağlı
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan