Nüvə müharibəsinə HAZIRLIQ: ABŞ mümkün ssenarini AÇIQLADI - VİDEO
Bizi izləyin

Dünya

Nüvə müharibəsinə HAZIRLIQ: ABŞ mümkün ssenarini AÇIQLADI - VİDEO

ABŞ-ın Havay ştatında sakinlərin nüvə zərbəsi zamanı hərəkətləri üzrə təlimlər başlanıb.

Publika.az xəbər verir ki, bu haqda “Hawaii News Now” nəşri yazıb.

Ştatın təcili xidmətləri hesab edir ki, Koreya Xalq Demokratik Respublikası qitələrarası ballistik raketlərlə nüvə hücumu həyata keçirə bilər.

Ştat hakimiyyəti 300 metrdən yuxarı hündürlükdə Qonoqulu şəhəri üzərində 15 kiloton gücündə olan partlayış ssenarini işləyir.

Xatırladaq ki, iyulun 4-də Şimali Koreya “Xvason-14” qitələrarası ballistik raketin birinci müvəffəqiyyətli sınağını elan edib. Pxenyanın rəsmi məlumatına görə, raket 2802 kilometr uçuş hündürlüyə nail olub və 933 kilometr uçub.

Cənubi Koreyadan olan ekspertlər isə sınaqdan keçirilmiş raketin potensialını qiymətləndiriblər. “Renxap” agentliyi yazıb ki, hərbi ekspertlərə görə, qitələrarası ballistik raket 8 min kilometr məsafəni qət edə bilər.

“Ekspertlər hesab edirlər ki, raketin uçuş hündürlüyü və qət etdiyi məsafə haqqında Koreya Xalq Demokratik Respublikasının açıqladığı məlumatlar həqiqətə uyğundurlarsa, onda raket 8 min kilometrdən çox məsafəni qət edə bilər”, - agentlik qeyd edib.

“Renxap” həmçinin Cənubi Koreya Silahlı Qüvvələrinin baş qərargahının keçmiş rəsi müavini Sin Von Sikanın sözlərini sitat gətirib. Onun sözlərinə görə, qitələrarası ballistik raketin hərəkət radiusu uçuş hündürlüyündən 4 dəfə çox qiymətləndirilir. Keçmiş hərbi məmur “Xvason-14” raketinin 10 min kilometr hərəkət radiusunun olduğunu hesab edir.

Əgər raket Şimali Koreyanın Vonsan limanından buraxılsa, o yalnız Havay adalarını deyil, həm də Alyaskanı vura biləcək. Beləliklə, hərbi ekspertləri hesab edirlər ki, Pxenyan ABŞ-ın kontinental hissəsinə zərbələr vurmaq imkanını əldə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm