Merkel Ərdoğan və Trampı təqlid etdi
Bizi izləyin

Dünya

Merkel Ərdoğan və Trampı təqlid etdi

Sentyabrın 24-də Almaniyada keçiriləcək seçkilər üçün kampaniyalar başlayıb.

Publika.az “Vaşinqton Posta” istinadən xəbər verir ki, Angela Merkel seçki üçün hazırlatdığı afişada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Trampı örnək götürüb.

Belə ki, Merkelin “İçində yaxşı və sevərək yaşanacaq bir Almaniya üçün” şüarı ilə Ərdoğan və Trampın seçkilərdə verdiyi mesajları xatırladıb.

Qəzet yazır ki, bir çox ölkələrdə vətən sevgisindən şüarlarda istifadə edilir və müsbət qarşılanır, lakin Almaniyada bu duyğunu ifadə etmək neqativ mənalar ifadə edə bilər. Bununla yanaşı, məqalə müəllifləri Almaniyada da bu ifadənin zamanla daha müsbət qarşılana biləcəyini də istisna etməyiblər.

Məqalədə Merkelin bu şüari çox bəyəndiyi bildirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm