57 gün həyat savaşı verən Araz öldü - - FOTO
Bizi izləyin

Dünya

57 gün həyat savaşı verən Araz öldü - - FOTO

Körpənin ürəyi 7 dəfə dayanıb.

Türkiyənin Sakarya bölgəsində xəstəxanaya yerləşdirilən körpənin həyat savaşı mediada geniş müzakirələrə yol açıb. Hadisə ilə bağlı həkimləri günahlandıranlar da olub.

Publika.az xəbər verir ki, Kuzeyler ailəsinin yeni dünyaya gəlmiş övladı bağırsaq dolaşması səbəbindən zəhərlənmə diaqnozu ilə əməliyyat edilib. İstanbulun dövlət xəstəxanalarından birində əməliyyat edilən körpənin vəziyyəti bir neçə dəfə pisləşib.

Beynində qan sızma olduğu deyilən uşaq yenidən əməliyyat olunsa da, həyatını xilas etmək mümkün olmayıb. Həyata var gücü ilə tutunan körpənin ürəyi 7 dəfə dayanıb. Həkimlərin müdaxiləsi nəticəsində dəfələrlə həyata qaytarılan körpə Araz Kuzey 57 günlük mübarizədən sonra dünyasını dəyişib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm