Dünya
Ermənistan ordusunun bütün gizlinləri ORTAYA ÇIXDI - ŞOK FAKTLAR
Ermənistanda hərbi xidmətə gedən gənclərin sayı kütləvi
sürətdə azalır və hazırda ordunun acınacaqlı vəziyyətdə olduğuna
dair yetərincə faktlar var.
Publika.az xəbər verir ki, erməni jurnalist Tevos
Arşakyanın apardığı araşdırma düşmən ordusundakı vəziyyətlə bağlı
məxfi məlumatlar ortaya çıxarıb.
Erməni gənclər Qarabağa getməmək üçün ölkədən
qaçır
Erməni jurnalist yazır ki, son illərdə hərbi komissarlıqlar orduya
çağırışla bağlı ciddi çətinliklərlə üzləşib: “Respublika çağırış
komissiyasındakı mənbədən əldə etdiyimiz məxfi informasiyaya görə,
son dövrlər saxta sağlamlıq vəziyyətinə görə orduya getməyənlərin
sayı artmaqla yanaşı, hərbi xidmətə getməmək üçün ölkədən qaçan
gənclərin də sayı sürətlə çoxalır. Bu yaxınlarda deputat Aram
Manukyan bildirdi ki, bu ilin başlanğıcında orduda xidmətdən xilas
olmaq üçün 2000 insan ölkəni tərk edib. Bununla yanaşı, valideynlər
böyük məbləğdə pul verərək, övladlarını hərbi xidmətdən
yayındırırlar. Bütün bunlara səbəb isə kasıbların övladlarının
Qarabağa göndərilməsi və orada ölməsidir. Misal üçün, ötən ilin
aprelində baş verən döyüşlərdə Qriqor Artünyan öldü. Bundan sonra,
onun anası Anait Artünyan ikinci oğlunu - Seryoja Artünyanı hərbi
xidmətə göndərməkdən imtina etdi. Çünki ailəni o dolandırır”.
Erməni ana oğlunu orduya göndərməmək üçün....
Anait Artünyan jurnalistlərə bildirib ki, iyulun 31-də oğlu
Seryojanı hərbi xidmətə çağırıblar. O, oğlunu orduya göndərməmək
üçün hələ çağırışdan əvvəl İrəvanda Erebuni hərbi komissarlığına
müraciət edib.
“Mənə dedilər ki, son 10 ildə övladların Qriqor və Seryojanın
qəyyumluğunda olmağım və Qriqorun ölümündən sonra qayğıma
Seryojanın qalması ilə bağlı sənəd verməliyəm”, - deyə o
bildirib.
Onun sözlərinə görə, bütün lazımi sənədləri notariusda təsdiq
edərək, hərbi komissarlığa verib. Həmin sənədləri Ermənistan
ordusunun baş qərargahına göndəriblər.
“Oğlumu yalnız cəsədimin üzərindən keçərək orduya apara
bilərlər”
A.Artünyan danışır ki, komissarlığa müraciəti martın 27-də edib və
4 gün sonra baş qərargah rəisi Movses Akopyanın adından cavab
gəlib. Cavabda bildirilir ki, Seryoja Artünyan qanun üzrə xidmətdən
azad edilə bilməz, yalnız hərbi xidmət keçməsi müəyyən müddətə
təxirə salınar.
“Hərbi komissarlıq bütün sənədləri İrəvan meriyasına təqdim etdi.
Məni inandırdılar ki, möhlət olacaq, sadəcə olaraq, iyul
çağırışının sonunu gözləmək lazımdır. Lakin iyulun 31-də mənə
komissarlıqdan zəng vurdular və bildirdilər ki, müdafiə naziri
Seryojaya möhlət verilməsinə icazə verməyib, buna görə də oğlun
hərbi xidmətə getməlidir. Müdafiə naziri bizə kömək etməlidir,
nəzərə almalıdır ki, mənim ərim yoxdur, özüm xəstəyəm, ağır sosial
şəraitdə yaşayırıq və yalnız oğlum işləyir. Bir oğlum Qarabağda
öldü. İkinci oğlumun orduya aparılmasına icazə verməyəcəm.
Seryojanı yalnız mənim cəsədimin üzərindən keçərək, hərbi xidmətə
apara bilərlər”, - Artünyan qeyd edib.
Kasıblar Qarabağa, varlılar gücə
klublarına
T.Arşakyan yazır ki, Ermənistanda orduya kasıbların uşaqları
aparılır: “Varlıların, nazirlərin, hökumət adamlarının oğlanları
isə küçələrdə maşın sürür, gecə klublarında əylənirlər. Kasıb
ailələrin uşaqları isə Qarabağa göndərilir. Kim bunu görərək, öz
oğlunu orduya göndərəcək? Bəli, xəstə və kasıb olan Artünyanən
rüşvət verməyə pulu yoxdur, buna görə də onun yeganə oğlunu hərbi
xidmətə aparırlar”.
Asif
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR