Kamikadzelərin əksəriyyəti qadınlar və uşaqlardır - ŞOK HESABAT
Bizi izləyin

Dünya

Kamikadzelərin əksəriyyəti qadınlar və uşaqlardır - ŞOK HESABAT

Nigeriyada fəaliyyət göstərən “Boko Haram” radikal qruplaşmasının kamikadzelərinin əksəriyyəti qadınlar və uşaqlardır.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Hərbi Akademiyası yanında terrorizmlə mübarizə üzrə Mərkəzin tədqiqatının nəticələrində deyilir.

Məlumata görə, terror qruplaşması 2011-ci ilin 11 aprelindən 30 iyun 2017 il tarixinə kimi 238 hücumun həyata keçirilməsi üçün 434 kamikadze göndərib. Onlardan ən azı 56 faizi qadın, ən azı 81-i isə uşaq və ya yeniyetmə olub.

Kamikadzelər arasında qadınların sayının artması 2014-cü ildə “Boko Haram”ın Çibokda məktəbdən 276 qızı qaçırmasından sonra başlanıb. Qruplaşmanın başçısı qızları bütün həbs edilmiş döyüşçülərlə dəyişməyi təklif edib, amma ölkə hökuməti bununla razılaşmayıb. 2016-cı ilin avqustunda “Boko Haram” videoyazı dərc etdi. Videoda sağ girovlar göstərilirdi. Dərc edilmiş kadrlarda məktəbli qızların hamısı yox idi.

Döyüşçülər bildirdilər ki, qalan qızlar aviazərbələr nəticəsində həlak olub. Qızlardan 20-si ötən ilin oktyabrında Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə azad edilib. Onların bir hissəsi isə əsirlikdən müstəqil qaçdılar. Ümumilikdə, 195 qız itkin hesab edilir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm