Dünya
Rusiyanın dağıdılması üçün ÜÇ ADDIM: Putin MI6 və CİA-nın gizli planını necə DƏFN ETDİ?
Böyük Britaniya və ABŞ Rusiyanın dağıdılmasını nəzərdə tutan gizli strateji plana malik idi.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Böyük Britaniyanın MI6 (Military Intelligence, Section 6) kəşfiyyat xidmətinin sabiq başçısı Con Skarlett “The Guardian” nəşrinə müasahibəsində danışıb.
Ancaq plan müvəffəqiyyətsizliyə uğrayıb.
“Rusiyanın dağıdıllması üzrə ABŞ və Böyük Britaniyanın strateji planı axırıncı bir neçə il ərzində uğursuzluqla bitdi”, - Skarlett deyib.
Onun sözlərinə görə, xarici dövlətlər üç ardıcıl addımı atmağa hazırlaşırdı.
Birinci, MI6 və ABŞ Mərkəzi Kəşfiyayt İdarəsi (CİA) “Qızılgül inqilabı”nı təşkil etdilər və Gürcüstanda Mixail Saakaşvilini hakimiyyətə gətirdilər. Sonra isə Cənubi Osetiyanın ərazisində hərbi və kəşfiyyat bazalarını açmağa hazırlaşırdılar.
İkincisi, Qaraçay-Çərkəz, Dağıstan, Çeçenistan və Şimali Osetiyada vəziyyəti idarəolunmaz hala gətirmək üçün radikal islamçı güclərin cəlb edilməsi planlaşdırılırdı.
“Təəssüf ki, 2008-ci ildə Gürcüstanda müharibə Qafqazda strateji planımıza qarşı Moskvanın dəmir yumruğu oldu”, - kəşfiyyatın sabiq başçısı vurğulayıb.
Putin Çeçenistan Respublikasında sonrakı zərbəsi CİA və MI6-nın bütün ümidlərini dəfn etdi.
Üçüncüsü, Ukrayna ərazisində bazaların yaradılması üzrə addımlar planlaşdırılırdı. Qərb dövlətlərinin nümayəndələri Ukraynanın Rusiya ilə “saxta müharibə”sinə bel bağlayırdılar.
Skarlett qeyd edib ki, Moskva bütün maneələrin öhdəsindən müvəffəqiyyətlə gələ bildi və ölkəni Böyük Britaniya ilə ABŞ-ın təsirindən qorumağı bacardı.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan