65 illik evli cütlük həyatlarına əl-ələ son qoydu
Bizi izləyin

Dünya

65 illik evli cütlük həyatlarına əl-ələ son qoydu

Hollandiyada yaşayan və 65 ildir evli olan cütlük həyatlarına birlikdə son vermək qərarına gəlib.

Publika.az xəbər verir ki, 91 yaşlı Nik və Tris Elderhorst cütlüyü evtanaziya haqlarından istifadə edərək həyatlarına son verib.

Cütlük son 5 ildə müxtəlif xəstəliklərdən əziyyət çəkib. 2012-ci ildə Nik Elderhorst infarkt keçirib və yeriməsi çətinləşib. Tris Elderhorst isə yaddaş zəifliyindən əziyyət çəkib.

Cütlüyün qızları valideynlərinin birlikdə ölməsinin ən böyük arzuları olduğunu bildirib:

“Anamı müalicə edən həkim onun ağlının yerində olduğunu söyləyirdi. Amma atam ölsəydi, anamın vəziyyəti pisləşəcəkdi və xəstəxanada yaşamaq məcburiyyətində qalacaqdı. O, bundan çox qorxurdu. Birlikdə ölmək isə onların ən böyük arzuları idi”.

Qeyd edək ki, Hollandiya evtanaziyanı qanuni hala gətirən ilk ölkədir. Buna baxmayaraq, burada cütlüklərin həyatlarına son verməsi çox nadir rast gəlinən durumdur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm