Dünya
Barselona terroru haqqında yeni TƏFƏRRÜATLAR
İspaniyanın Barselona şəhərində törədilən terror aktı haqqında yeni təfərrüatlar məlum olub.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, terror aktına səkkiz döyüşçüdən ibarət qrupun cəlb olunduğu ehtimal edilir.
Agentlik bu haqda məhkəmədəki mənbəyə istinadən xəbər verib. Hakimiyyət güman edir ki, terrorçular qazla balonlarının tətbiqi ilə hücumu planlaşdırırdılar.
Qeyd edək ki, dünən Barselona şəhərinin turizm mərkəzində avtomobil insanların arasına girib. Nəticədə 13 nəfər ölüb, 100-dən çoxu yaralanıb. Polis hadisəni terror aktı adlandırıb. Hücuma görə məsuliyyət İŞİD terror qruplaşması üzərinə götürüb.
Bundan iki saat sonra Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını piyadaların üzərinə sürüblər. Hücum nəticəsində iki nəfər ağır, beş nəfər isə yüngül xəsarət alıb. Polisin operativ müdaxiləsi nəticəsində 4 terrorçu məhv edilib, daha biri yaralanıb.
Alkaner şəhərində isə partlayış törədilib. Nəticədə bir nəfər ölüb, 10-dan çoxu yaralanıb.
Polis hər üç hadisənin bir-biri ilə əlaqəsinin olduğunu açıqlayıb.
Kataloniyanın hüquq-mühafizə orqanları terror aktlarında iştirakda şübhəli bilinən üç nəfərin saxlanıldığını bildirib.
Ömər Dağlı
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirilir
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq