Dünya
2004-cü ildən bəri Avropada törədilən TERROR AKTLARININ XRONİKASI
Avropanın müxtəlif ölkələrində 2004-cü ildən etibarən törədilən terror aktlarında yüzlərlə insan həlak olub.
Publika.az xəbər verir ki, bunların ən dəhşətlisi İspaniyanın paytaxtı Madriddə 191 nəfərin həyatını itirməsi ilə nəticələnən terror hadisəsi olub. Hadisə üç qatara bomba qoyulması nəticəsində baş verib.
2005-ci il iyulun 7-də Böyük Britaniyanın paytaxtı Londonda dörd terrorist üzərlərindəki bomba ilə dayanacaqlarda partlayış törədiblər. Nəticədə 56 nəfər ölüb, 700 nəfər yaralanıb.
2011-ci il iyulun 22-də Norveçin paytaxtı Osloda bombalı hücum təşkil edilib. Hadisədən iki saat sonra hücumçu polis forması geyinərək tələbələrə hücum edib. Nəticədə 77 nəfər ölüb, 200-dən çox insan yaralanıb.
2015-ci il yanvarın 7-də Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” ofisinə silahlı hücum təşkil edilib. Hadisə nəticəsində biri polis olmaqla 12 nəfər həlak olub, 11 nəfər yaralanıb.
2015-ci il noyabrın 13-də Fransanın paytaxtı Parisdə eyni vaxtda iki terror hadisəsi baş verib. Nəticədə 498 nəfər həyatını itirib. Hadisə ilə bağlı məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
2016-cı il martın 22-də Belçikanın paytaxtı Brüsseldə kamikadze terror aktı həyata keçirib. Nəticədə 32 nəfər həlak olub. Ümumi olaraq İŞİD terror təşkilatı tərəfindən həyata keçirilən hücumlarda 270 nəfər yaralanıb.
2016-cı il iyulun 14-də Fransanın milli bayramı “Bastille Günü”ndə yük maşını ilə hərəkət edən İŞİD terror təşkilatının üzvü insanları əzərək 84 nəfərin həyatına son qoyub.
2017-ci il avqustun 17-də İspaniyada bir avtobus insanların üstünə sürülüb, nəticədə 12 nəfər həlak olub, 80 nəfər yaralanıb. İŞİD terror təşkilatının üzərinə götürdüyü hadisə 2004-cü ildən sonra İspaniyada ən dəhşətli terror hadisəsi idi. Azərtac
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan