MİT birbaşa Ərdoğana tabe olacaq
Bizi izləyin

Dünya

MİT birbaşa Ərdoğana tabe olacaq

Türkiyədə fövqəladə vəziyyət rejimi çərçivəsində qəbul edilən qərara parlamentlə əlaqədar bir sıra dəyişikliklər edilib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, 693 saylı fərmanla edilən dəyişikliklərə əsasən, deputatlara qarşı istintaq seçkilərə qədər və ya seçkilərdən sonra aparıla bilər.

Həmçinin, Türkiyənin baş kəşfiyyat idarəsi olan Milli İstihbarat Təşkilatının (MİT) vəzifələri də dəyişib. Bundan sonra ölkə kəşfiyyatının rəhbəri yalnız dövlət başçısının sərəncamı əsasında məhkəməyə göstəriş verə bilər.

Bundan başqa, MİT təhlükəsizliyə dair istintaq çərçivəsində Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələrinin heyəti ilə əlaqədar hər cür araşdırma apara biləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm