İŞİD "komandiri" Türkiyədə həbs edildi
Bizi izləyin

Dünya

İŞİD "komandiri" Türkiyədə həbs edildi

Onunla əlaqəli bilinən daha 4 nəfər isə Türkiyədən deportasiya olunub.

Türkiyə məhkəməsi “İslam Dövləti”nin (İŞİD) komandiri olduğu iddia edilən şəxs barəsində həbs qərarı verib.

Publika.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının terrorçuların zərərsizləşdirlməsi məqsədilə Əskişəhərdə keçirdiyi əməliyyat zamanı 41 yaşlı iraqlı S.E.T (adı açıqlanmır) hotellərdən birində tutulub.

Bu gün məhkəmə qarşısına çıxarılan İŞİD-in "komandiri" barəsində həbs qərarı verilib. Onunla əlaqəli bilinən daha 4 nəfər isə Türkiyədən deportasiya olunub.

Məlumatda bildirilir ki, tutulan şəxs daha əvvəl ölkəsində sabiq baş nazir Nuri əl-Malikiyə sui-qəsd ittihamı ilə həbs olunsa da, radikal qrupların köməyi ilə həbsdən qaça bilib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm