Corc Soros terrorçu elan oluna bilər
Bizi izləyin

Dünya

Corc Soros terrorçu elan oluna bilər

Soros vətəndaşları hakimiyyətə qarşı qəsdən qaldıraraq stabilliyi pozmağa çalışır.

Amerikalı milyarder Corc Sorosun terrorçu elan olunması ilə bağlı ABŞ prezidenti Donald Trampa ünvanlanan petisiyanı 70 min nəfər imzalayıb.

Publika.az xəbər verir ki, petisiya Ağ Evin saytında yerləşdirilib.

Petisiyanın müəllifləri iddia edirlər ki, Soros vətəndaşları hakimiyyətə qarşı qəsdən qaldıraraq stabilliyi pozmağa çalışır. Onların sözlərinə görə, milyarder tək hədəfi konstitusiya quruluşunun iflasına imkan yaratmaq istəyən təşkilatları maliyyələşdirir. Müraciətin müəllifləri həmçinin milyarderin bütün əmlakı və aktivlərinin müsadirəsini istəyiblər.

Məsələnin Ağ Evdə müzakirəsi üçün petisiya 2017-ci il sentyabrın 19-da kimi 100 min imza toplamalıdır.

Yanvarın 20-də Soros bildirib ki, Trampın siyasəti müvəffəqiyyətsizliyə uğrayacaq. Soros 2016-cı ildə prezident kampaniyasının gedişatında Trampın rəqibi olan Hillari Klintonu dəstərkləyirdi. Milyarder demokrat namizədin seçki kampaniyası üçün təxminən 25 milyon dollar verib.

Qeyd edək ki, Soros dünyada “inqilabların atası” kimi tanınır. Onun həmçinin Ukrayna və Gürcüstanda “rəngli inqilablar”ın arxasında olduğu sirr deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm