Ermənistanda desant qüvvələri hərəkətə gətirildi - Rəsədxana TƏHLÜKƏDƏ
Bizi izləyin

Dünya

Ermənistanda desant qüvvələri hərəkətə gətirildi - Rəsədxana TƏHLÜKƏDƏ

Ermənistanın Araqsotn vilayətində dağlıq ərazidə meşə sahəsində yanğın davam edir.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Xəbərə görə, xilasedici desant qüvvələri ən təhlükəli əraziyə - Burakan kəndinin yaxınlığında yanğının söndürünməsinə cəlb edilib. Burada yerləşən Astrofizika Rəsədxanasının yanğınlar səbəbindən təhlükədə olduğu bildirilir.

Paytaxt İrəvanın 36 kilometrliyindəki Burakan kəndinin yaxınlığında yerləşən dağlıq ərazidə meşə yanğını haqqında siqnal bazar günü daxil olub. FHN-in qiymətləndirməsində görə, yanğın 80 hektar ərazini əhatə edib. Yanğının söndürülməsinə yüzlərlə insan, o cümlədən xilasedicilər, hərbiçilər, meşə təsərrüfatının əməkdaşları, polislər və ən yaxın kəndlərin sakinləri cəlb edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm