Ankara və Moskvanın “TRİUMF”u: NATO-nun planı necə ÇÖKDÜRÜLDÜ?
Bizi izləyin

Dünya

Ankara və Moskvanın “TRİUMF”u: NATO-nun planı necə ÇÖKDÜRÜLDÜ?

Rusiya və Türkiyə iki ölkənin münasibətləri tarixində ən böyük silah sazişini bağladı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 “Triumf” zenit raket sisteminin alınması haqqında müqavilənin imzalandığını açıqladı. Sənəd hava hücumuna qarşı müdafiə sistemi üçün Ankaranın apardığı uzunmüddətli axtarışların nəticəsi oldu.

Ankaraya Hava Hücumundan Müdafiə sistemi nə üçün lazımdır?

Böyük mənzilli zenit-raket sistemlərini əldə etmək üzrə Türkiyənin arzusunun tarixi onilliklərlə ölçülür. 1990-cı illərin əvvəllərində MIM-14 Nike Hercules sistemləri silahlanmadan çıxarıldı. 1950-1960-cı illərin istehsalı və 140 kilometr radiusda təsirli olan sistemlər aşağıdan uçan hədəfləri yaxalaya bilmirdi.

Son 25 ildə Türkiyənin hava hücumundan müdafiə sisteminin ən uzaqvuran sistemi MIM-23 Nike Hawk-dır. Onun hərəkət radiusu 50 kilometr təşkil edir. Ancaq bu sistem “Herkules”dən fərqli olaraq aşağıdan uçan hədəflərlə mübarizə üzrə imkanlarını artırıb. Qarşıdakı illərdə bu sistem milli HISAR-O orta mənzilli sistemlə əvəz edilməlidir. Bu komplekslərin imkanları hava hücumundan müdafiənin zona sistemini yaratmağa və ya maksimum ayrı-ayrı obyektlərin müdafiəsini təmin etməyə icazə verir.

2007-ci ildə bu məsələnin həlli üçün T-LORAMIDS (Turkish Long Range Air And Missile Defence System) tender elan etdi. Tenderdə hava hücumundan müdafiə sistemlərinin bütün aparıcı dünya istehsalçıları iştirak edirdilər. Güman edilirdi ki, tenderin nəticəsinə görə Türkiyə partnyoru seçməklə yalnız siitemlərin çatdırılmasını təmin etməyəcək, həm də ölkədə yeni texnikanın istehsalı ilə texnologiyaların donoru olacaq. 2013-cü ilin sentyabrında gözlənilmədən Çinin CPMIEC şirkətinin (China Precision Machinery Import & Export Corp.) istehsalı olan və Rusiyanın “Almaz-Antey” şərkətinin S-300P ailəsinin Çin versiyasını təşkil edən ZRS HQ-9 sistemi tenderin qalibi elan olundu.

Bununla belə, NATO ölkələrinin təsiri ilə 2016-cı ildə T-LORAMIDS-in tenderi rəsmən ləğv edildi.

Müstəqillik məsələsi

Bununla belə problem qalırdı. NATO üzvlüyünə baxmayaraq, müasir siyasi vəziyyət Türkiyənin təhlükəsizliyi zəmanət vermir. İttifaq Türkiyə ərazisində “Patriot” sistemlərini yerləşdirsə də, türk hərbçiləri tərəfindən nəzarət edilməyən bu komplekslərin effektivliyi Ankara və NATO üzrə müttəfiqlərin soyuq münasibətləri şəraitində şübhə altında qalır.

Məsələyə digər tərəfdən baxıla bilər: əgər Türkiyə kürdlərə qarşı genişmiqyaslı hücum əməliyyatlarına qərar versə, hava hücumundan müdafiə sistemi Türkiyəni qoruya biləcəkmi? Bundan başqa, ittifaq üzrə müttəfiqlərlə toqquşma ehtimalı da var. Türkiyədə belə toqquşmalar üzrə təcrübə artıq var. NATO-ya üzv olmalarına baxmayaraq, Türkiyə və Yunanıstan bir-birinə potensial rəqiblər kimi baxır.

Münasibətlərin gərginləşməsi şəraitində Amerika və ya Avropa istehsalı olan silahların çatdırılması və texniki dəstəyin dayandırılmasının təhlükəsi yarana bilər. Real münaqişə halında rəqib Türkiyənin hava hücumundan müdafiənin bütün imkanları barədə məlumatlı ola bilər. Hətta radarlar və idarə sistemlərinin distans söndürülməsi mümkün idi.

Beləliklə, Çin və Rusiyanın təklifləri arasında seçim qalırdı. Hələ 2017-ci ilin yayında ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirdi ki, S-400 sistemi heç vaxt NATO-nun texnikasına uyğun olmayacaq. Faktiki olaraq, bu üstüörtülü təhdid idi. Söhbət Türkiyənin ittifaqın hava hücumundan müdafiənin vahid sistemindən çıxarılmasından gedir. Amma hər halda texniki nöqteyi-nəzərdən Pentaqonun başçısının bəyanatı reallığa söykənmir. NATO Şərqi Avropa ölkələrində sovet və Rusiya texnikasını NATO sistemi ilə müvəffəqiyyətlə birləşdirib. Bu imkan Yunanıstan və Slovakiyada müvafiq olaraq S-300PMU1 və daha köhnə S-300PT sistemlərində nümayiş etdirilib.

Bundan başqa, ittifaqa daxil olmayan ölkələrdə sovet və Rusiya istehsalı olan hava hücumundan müdafiə vasitələri NATO ölkələri ilə keçirilən birgə təlimlərə mane olmur. Bu cür təlimlər Finlandiya, Ukrayna, Misir və başqa ölkələrdə keçirilib. Beləliklə, Ankara tərəfindən Rusiya silahının mümkün alınması barədə NATO-nun iddialarının əsas səbəbi ilk növbədə siyasi motivlərdən ibarətdir.

2015-ci ilin noyabrında Rusiyanın SU-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra pisləşən münasibətləri 2016-cı ilin may ayından normal məcraya qayıtmağa başlandı. Xüsusilə, münasibətlər Türrkiyədə qərb yönümlü zabit korpusu tərəfindən ötən il iyulun 15-də təşkil edilmiş müvəffəqiyyətsiz çevriliş cəhdindən sonra inkişaf etməyə başladı.

ABŞ və onun NATO üzrə müttəfiqləri İraqda və Suriyanın şimali-şərqində kürdlərə dəstək göstərməsi ilə Moskva “Ankara-kürdlər-Dəməşq-Bağdad” dördbucaqlı mürəkkəb münasibətlər sistemində arbitr kimi çıxış etməyə qadir olan tək partnyor olaraq qalır.

Moskva üçün də addım Türkiyədə öz təsirini artırmaq və ənənəvi qərb bazarında maşınqayırmanın yüksəktexnologiyalı məhsullarının satışını artırmaq üsuludur.

Bunu Qərbdə də anlayırlar. Xüsusi halda, “Nyu-York Tayms”da dərc edilmiş “Türkiyənin Moskvaya dönüşü” materialında bu haqda danışılır. Həmçinin qeyd edilir ki, hərbi-texniki əməkdaşlıq üzrə Ankaranın əsas partnyorlarından biri olan Almaniya Türkiyəyə öz sistemlərinin çatdırılmasını dayandırıb. Demək çətindir, Ankara və Moskvanın əməkdaşlığı bu dəfə uzunmüddətli və möhkəm olacaqmı, amma NATO-nun ən güclü üzvlərindən birinin “söndürülməsi” üzrə potensial imkandan maksimum istifadə edilməlidir.

Sistemlərin qiyməti

Bildirilir ki, Türkiyə S-400 sisteminin dörd divizionu üçün 2 milyard dollar ödəyəcək. Məbləğə həmçinin hər birində dörd raket olan 32 işəsalma qurğusu, idarəetmə məntəqələri, radiolokasiya stansiyaları, əlavə raketlər və başqa avadanlıqlar daxildir. Bundan başqa, türk heyətinin hazırlığı üzrə xidmətlər müqaviləyə daxildir.

Dörd divizion və ya müasir Rusiya ştat strukturunda iki alay Türkiyəyə bütün ölkə miqyasında hava hücumundan müdafiə sistemini yaratmağa imkan verməyəcək, amma S-400 portativliyini nəzərə alaraq istənilən vaxtda lazımlı zonada hava məkanlarını bağlamaq mümkün olacaq. Qeyd etmək lazımdır ki, Türkiyə prinsip etibarilə müasir çoxsaylı hərbi hava güclərinə malikdir. Həmçinin uzaq radiolokasiya təyyarələri və müxtəlif tipli yerüstü radar arsenalı bu məsələnin həllini yüngülləşdirir. Burada Türkiyənin alacağı raketlərin nomenklaturası ən maraqlı məsələdir. Onların arasında “böyük raket” olan 40N6 də var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm