Dünya
Hibrid müharibəsinin Allahı Bakı görüşündən sonra hücuma keçdi – Polşa-Rusiya sərhədində DÖYÜŞ
Belarus meşələrində Rusiya tankları, zirehli texnikası
və əsgərləri Qərbə doğru döyüş mövqeyini alıb. Baltika dənizində
hərbi gəmilər manevrlər edir. Desantçılar təyyarələrlə uçuşa
hazırlaşır. Rəqib kimdir, müharibə kiminlə aparılır? Davakar
Veyşnoriya dövləti və onun təsirində olan terrorçular. Bu, Qərbin
maliyyələşdirdiyi və Rusiyanın stabilliyini pozmağa çalışan
dövlətdir.
Publika.az xəbər verir ki, bu barədə “The Financial Times”
nəşrinin Rusiya və Belarusun “Qərb-2017” təlimləri haqda
məqaləsində deyilir.
Veyşnoriya uydurulmuş ölkədir. Nəşr yazır ki, əslində Rusiyanın
hədəfi Qərbdir: “NATO-nun əsəbiləşmiş generalları danışırlar ki,
gücün belə nümayişi Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi,
general Valeri Gerasimov tərəfindən hazırlanmış “hibrid
müharibəsi”nin konsepsiyasını əks etdirir. Susqun Gerasimov nadir
hallarda meydana çıxan nümunəvi generaldır. Rusiya müdafiə naziri
Sergey Şoyqu bir dəfə onu “saçlarının dibinə qədər hərbiçi”
adlandırmışdı”.
Maraqlıdır ki, Rusiyanın ABŞ və NATO ilə Bakıda apardığı qapalı
danışıqları da müdafiə naziri Sergey Şoyqu yox, məhz Gerasimov
aparırdı. Və görünür, sentyabrın 7-də NATO generalı Petr Pavellə
Bakıda görüşən Gerasimov hibrid müharibəsinə başladı.
Nəşr qeyd edir ki, Şoyqu daha çox siyasətçiyə çevrilmiş generalı
xatırladır və hərbi məsələlərdə əsasən keçmiş tankçının –
Gerasimovun məsləhətlərinə qulaq asır.
“Şoyqu gitarada mahnını əla çalır, arxa planda isə Gerasimov
oynayır”, - deyə məqalədə bildirilir.
“The Financial Times” generalların Bakı görüşünü də xatırladır:
“Cənab Gerasimov ötən həftə NATO-nun Hərbi komitəsinin sədri Petr
Pavellə görüşdü və ona inandırmağa çalışdı ki, “Qərb-2017”
təlimləri müdafiə xarakter daşıyır, başqa ölkələrə qarşı
yönəldilməyib. Lakin Polşada və Baltikyanıda çoxları hesab edir ki,
Gerasimov gizli oyun oynayır və onlar üzərində də Ukrayna
ssenarisini həyata keçirəcək”.
Asif
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan