Ərdoğan İrana gedəcək
Bizi izləyin

Dünya

Ərdoğan İrana gedəcək

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabr ayında Tehrana səfər edəcək.

Bu barədə Türkiyənin İrandakı səfiri Rza Hakan Təkin Mehr xəbər agentliyinə məlumat verib.

Səfir diqqətə çatdırıb ki, səfər zamanı İranın siyasi rəhbərləri ilə keçiriləcək görüşlərdə Suriyadakı son vəziyyət və bir sıra iki tərəfli məsələlər müzakirə mövzusu olacaq.

Diplomatın sözlərinə görə, bu günlərdə Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi, ordu generalı Hulisi Akarın Tehrana səfəri gözlənilir.

H.Akar iranlı həmkarı Məhəmməd Baqeri ilə bölgədəki hərbi-siyasi vəziyyəti müzakirə edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm