Dünya
Qasırğanın DƏHŞƏTLƏRİ: “2 körpəm gözlərimin önündə həlak oldu…”
“Mariya” qasırğasından sonra Dominikan adasında həyat iflic olub. Ötən həftə baş verən fəlakət 800 sakini evsiz-eşiksiz qoyub.
Baş nazir Roosevelt Skerrit yerli televiziya kanalına müsahibəsi zamanı deyib ki, dəhşətli hadisədən sonra ərazidə ölüm sayının yüzlərlə olmaması möcüzədir.
Publika.az xəbər verir ki, nazir dünya ölkələrindən gələcək yardıma ehtiyac olduğunu vurğulayaraq, bildirib ki, hazırda ərazidə yaşayan əhalinin qida və yaşayış yerləri ilə təmin olunmasına ehtiyac var. Hər gün azyaşlılar acından ölür, qasırğanın öldürmədiyi əhali qida çatışmazlığından həlak olur.
Ərazidə 800 nəfərdən çox sakinin dərmana ehtiyacı var. Baş nazir Ruzvelt Skerritin sözlərinə görə, tək bir küçə deyil, bütün ada 280 km/saat sürətlə əsən (175mph) küləklərin qurbanı olub.
Fırtınada 27 nəfərdən çox insan həlak olub. Təbiət artıq özü özünü məhv etməyə başlayıb. Bütün iş yerləri və infrastruktur, kənd təsərrüfatı sahələri məhv olub.
BBC-nin hadisə yerindən hazırladığı reportajda, 75 yaşlı Ashton Tomas həyat yoldaşının belə cəsədini xilas edə bilmədiyini deyib: "27 ildir burada yaşayıram bir gün bir fırtınanın bütün həyatımı məhv edəcəyini düşünmürdüm”.
6 uşaq anası Anna Mariya deyib ki, adıma nifrət edirəm: "Bu fəlakət “Mariya” qasırğası adlanır. Bütün həyatımda yaşadığım ən dəhşətli anı mənə yaşatdı. 2 körpəmi gözlərimin önündə məndən aldı. Evimizin mətbəxi bir an içində uçdu və mən onları xilas edə bilmədim".
Mütəxəssislər, seysmoloqlar isə fəlakətin növbəti ünvanını dəqiqləşdirməkdə çətinlik çəkirlər.
Könül Cəfərli
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan